Şon Dayç – “Nottingem Forest”in yeni baş məşqçisi!

54 yaşlı futbol mütəxəssisi Şon Dayç İngiltərənin “Nottingem Forest” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə “meşəçilər”in mətbuat xidməti məlumat yayıb.

İngilis məşqçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. Dayçın “Nottingem Forest”dəki ilk sınağı bu ayın 23-də, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Portu”ya qarşı oyuna təsadüf edəcək.

Qeyd edək ki, Şon Dayç bu vəzifədə oktyabrın 18-də qovulmuş Angelos Postekoqlunu əvəz edib. Dayç bu ilin yanvarından bəri işsiz idi. O, son olaraq “Everton”u, ondan əvvəl isə uzun illər “Börnli”ni çalışdırıb.

“Nottingem Forest” hazırda Premyer Liqada 8 turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın