Yüksək Liqa: 6-cı turun bütün təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi oyunu FİFA referiləri idarə edəcəklər.

Qeyd edək ki, növbəti turun bütün görüşləri oktyabrın 23-də “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
6-cı tur
23 oktyabr

Şuşa – U-19
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli
Bakı. “Olimpik Star”. Saat 15:30.

Lənkəran – Neftçi İK
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xəbəri istədiklərinizlə paylaşın