AÇ-2024: İspaniya Fransa ilə üz-üzə

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün yarımfinal mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, mərhələnin ilk oyunu İspaniya və Fransa yığmaları arasında baş tutacaq.

Münhen şəhərində təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Finala vəsiqə yolunda həlledici olan bu qarşılaşmanı Sloveniyadan olan FİFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinalın sabah baş tutacaq digər oyununda Niderland və İngiltərə yığmaları qarşılaşacaqlar.

AÇ-2024
Yarımfinal
9 iyul

23:00. İspaniya – Fransa
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen. “Alyans Arena”.