Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Fransa yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda Fransa yığmasının qonağı olacaq.
Bəhlul Mustafazadə bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında fransızlarla görüşdən gözləntilərini paylaşıb:
“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və oyuna hazırlığı yekunlaşdıracağıq. Sabah isə meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, Fransa – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.