Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 3-cü tur çərçivəsində Fransa yığması ilə üz-üzə gəlib.
Paris şəhərindəki “Park de Prens” stadionunda təşkil edilmiş qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib.
Fransa yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Sözügedən komanda daha öncə 2 oyun keçirmişik. Bunların hər ikisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində olmuşu. 2004-cü ilin dekabr ayında Bakıda keçirilmiş ilk görüşdə fransızlar 2:0 hesabıyla qalib gəlmişdilər. 1995-ci ilin sentyabr ayına təsadüf etmiş digər görüş isə Azərbaycan futbolunun tarixinə qara hərflərlə düşmüşdü. Belə ki, millimiz Oserdə keçirilmiş həmin oyunda 0:10 hesabıyla uduzmuşdu.
Azərbaycan millisi bu seçmə mərhələyə də uğursuz başlamışdı. Komandamız ilk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzmuşdu. Məhz bu məğlubiyyətdən sonra AFFA rəhbərliyi Fernando Santosu postundan uzaqlaşdırmış və onu müvəqqəti olaraq Ayxan Abbasovla əvəzləmişdi. Yerli məşqçinin siftəsi Ukrayna yığması ilə oyuna təsadüf etmişdi. Komandamız Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olmuşdu.
Fransa yığması isə seçmə mərhələyə uğurlu başlamışdı. Didye Deşamın rəhbərlik etdiyi kollektiv Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılmışdı.
“Xoruzlar” Azərbaycan millisi ilə oyunda da gözlənildiyi kimi, qələbə qazanıblar. Komandamız bu görüşdə 3 cavabsız qola üzülüb.
Fransa yığması hazırda 9 xalla vahid liderdir. Millimiz isə 1 xalla qrup sonuncusudur.
Bu gün keçirilmiş D qrupunun digər oyununda İslandiya Ukrayna yığmasını qəbul edib. Ukraynalılar bu görüşdə 5:3 hesablı qələbəyə seviniblər.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
10 oktyabr
Fransa – Azərbaycan 3:0
Qollar: Kilian Mbappe, 45+2. Adrien Rabyo, 69. Florian Toven, 84.
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff (Norveç).
VAR: Tom Harald Hagen (Norveç).
AVAR: Siqurd Krinqstad (Norveç).
Paris. “Park de Prens” stadionu. Saat 22:45.
Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 4. Dayo Upamekano, 7. Kinqsli Koman, 9. Yuqo Ekitike, 10. Kilian Mbappe (k), 11. Maykl Olise, 14. Adrien Rabyo, 17. Vilyam Saliba, 19. Kefren Turam, 22. Teo Ernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 23. Lukas Şevalye, 3. Lyuka Din, 5. Jül Kunde, 6. Eduardo Kamavinqa, 8. Manu Kone, 12. Maqnes Akliuş, 13. Jan-Filipp Mateta, 15. İbrahima Konate, 18. Kristofer Nkunku, 20. Florian Toven, 21. Lukas Ernandes.
Baş məşqçi: Didye Deşam.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rahil Məmmədov, 6. Murad Xaçayev, 7. Anatoli Nuriyev, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 19. Nəriman Axundzadə, 20. Faiq Hacıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.