Deşamın köməkçisi Mbappenin səhhəti haqda məlumat verdi

Fransa yığmasının kapitanı, ulduz hücumçu Kilian Mbappenin AÇ-2024-ün 1/4 finalı ərəfəsində səhhəti haqda məlumat ictimailəşib.

Arena.az “Ekip” dərgisinə istinadən məlumat verir ki, bu barədə “xoruzlar”ın baş məşqçisi, fransız mütəxəssis Didye Deşamın köməkçisi Gi Stefan məlumat verib:

“Biz hamımız onun zədəsini və burun sınığını azdan gördük. Mövsümü sonu onun üçün taqətsiz keçib. O, hazırlığa nəsə gətirə biləcəyi hər məqama çox diqqət yetirir”, deyə fransız mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Bundan sonra ulduz hücumçu məşqləri zamanı və oyunlarda onun üçüm xüsusi hazırlanmış qoruyucu maskada çıxış edir.

Xatırladaq ki, Fransa yığması AÇ-2024-ün 1/4 finalında Portuqaliya yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də Hamburqun “Folksparkştadion”unda keçiriləcək.