U-17 millimiz Fransada İsrailə qarşı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

Arena.az xəbər verir ki, 9-cu qrupda yer almış millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-17 millimiz bu seçmə mərhələnin ilk turunda meydan sahibi Fransa yığması ilə qarşılaşmış və 0:8 hesablı məğlubiyyətə üzülmüşdü.

Avropa çempionatının seçmə mərhələsi
9-cu qrup
11 oktyabr

İsrail – Azərbaycan
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).
Sen-Pol-le-Daks. “Park de Sport” stadionu. Saat 20:00.