Premyer Liqa: “Arsenal” xal itirdi, “Tottenhem”lə MY qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

“Brentford” – “Kristal Pelas” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətlənib. “Arsenal” da “Fulhem”lə ev oyununda məhsuldar heç-heçəyə razılaşıb.

“Mançester Yunayted” doğma meydanda “Nottingem Forest”ə, “Tottenhem” isə səfərdə “Bornmut”a qalib gəlib. “Everton” evdə “Vulverhempton”a, “Brayton” da “Vest Hem”ə məğlub olub.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
3-cü tur
25 avqust

Çelsi – Luton Taun 3:0
Qollar: Sterlinq, 17; 69. N.Cekson, 75.

26 avqust

Bornmut – Tottenhem 0:2
Qollar: Meddison, 17. Kuluşevski, 63.

Arsenal – Fulhem 2:2
Qollar: Saka, 70-pen. Nketia, 72 – A.Pereyra, 1. Palinya, 87.

Brentford – Kristal Pelas 1:1
Qollar: Şade, 18 – Andersen, 76.

Everton – Vulverhempton 0:1
Qol: Kalaydziç, 87.

Mançester Yunayted – Nottingem Forest 3:2
Qollar: Eriksen, 17. Kazemiro, 52. B.Fernandes, 76 – Avoniyi, 2. Boli, 4.

Brayton – Vest Hem 1:3
Qollar: Qross, 81 – Uord-Prouz, 19. Bouen, 58. Antonio, 63.

27 avqust

17:00. Börnli – Aston Villa
17:00. Şeffild Yunayted – Mançester Siti
19:30. Nyukasl – Liveprul