Almaniyanın “Bayern” klubu yarımmüdafiəçisi Korentin Tolisso ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransadan olan futbolçu ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Korentin Tolisso 2017-ci ildən Münhen təmsilçisində çıxış edirdi. 27 yaşlı oyunçu bu klubun heyətində 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub. O, “Bayern”də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə Fransanın “Olimpik” (Lion) klubunun uğurları üçün çalışıb.