Azyaşlının seks videosunu yayan “Real”ın oyunçuları saxlanıldılar

“Real”ın gənclər komandasının üç futbolçusu azyaşlının iştirakı ilə intim videonu yaydıqları üçün həbs ediliblər.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, saxlanılan futbolçulardan ikisi “Kastilya”, digəri isə klubun C komandasında çıxış edir. Əsas şübhələr “Real”ın C komandasının futbolçusunun üzərinə yönəlib.

Bildirilir ki, görüntülər “WhatsApp” messencerində yayılıb, bundan sonra videoda yer alan 16 yaşlı qızın anası polisə müraciət edib. Hazırda araşdırma Las-Palmas polisi tərəfindən aparılır.

Madrid təmsilçisi futbolçuların gərəkli ifadələr verdiyini təsdiqləyib. “Kral klubu” məsələ ilə əlaqədar ciddi tədbir görəcəyini vəd edib.

Xatırladaq ki, bundan əvvəl “Real”ın müdafiəçisi Daniel Karvaxalın cinsi qısnamada ittiham edildiyi haqda məlumat yayılmışdı. Futbolçu bunun şər-böhtan olduğunu əsas gətirərək, dərhal məhkəməyə müraciət etdiyini bildirmişdi.