Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 1-ci turu çərçivəsində növbəti oyun keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
UNEC voleybol komandasının idman zalında baş tutmuş qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. Həlledici setdə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.
1-ci turun “DH Volley” – “Abşeron” və “Gənclər” – “Murov” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq – liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
Yüksək Liqa
1-ci tur
15 oktyabr
UNEC – “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25, 23:25, 25:20, 15:13)