Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Şahdağ Qusar” və “Mingəçevir” komandaları üz-üzə gəliblər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş oyunda qapılara qol vurulmayıb.
4-cü turun qalan görüşləri oktyabrın 2-də və 3-də keçiriləcək. Bütün oyunlara saat 15:00-da start veriləcək.
Birinci Liqa
4-cü tur
1 oktyabr
“Şahdağ Qusar” – “Mingəçevir” 0:0
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
2 oktyabr
“Şimal” – “Səbail”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Zaqatala” – “Baku Sportinq”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
“Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
3 oktyabr
“Cəbrayıl” – “Difai”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Vüqar Bayramov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.