ÇL: “Qalatasaray” “Liverpul”u xalsız yola saldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gəlib. Türkiyə çempionu bu görüşdə minimal hesabla qələbə qazanıb.

“Real” səfərdə “Kayrat”ı, “Bayern” “Pafos”u böyük hesabla yenib. Marsel “Olimpik”i ilə “İnter” də doğma meydanda oxşar qələbəyə seviniblər. “Çelsi” isə “Benfika”nı minimal hesabla üstələyib.

ÇL-in Liqa mərhələsinin 2-ci turunun qalan 9 oyunu oktyabrın 1-də baş tutacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
30 sentyabr

Kayrat (Qazaxıstan) – Real (İspaniya) 0:5
Qollar: Mbappe, 25-pen; 52; 73. Kamavinqa, 83. B.Dias, 90+3.

Atalanta (İtaliya) – Brügge (Belçika) 2:1
Qollar: Samardziç, 74-pen. Paşaliç, 87 – Tsolis, 38.

Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Osimhen, 16-pen.

Atletiko (İspaniya) – Ayntraxt (Almaniya) 5:1
Qollar: Raspadori, 4. Le Normand, 33. Qrizmann, 45+1. C.Simeone, 70. X.Alvares, 82 – Burkardt, 57.

Bodo Qlimt (Norveç) – Tottenhem (İngiltərə) 2:2
Qollar: Hauqe, 53; 66 – Van de Ven, 68. Qundersen, 89-öz qapısına.

Çelsi (İngiltərə) – Benfika (Portuqaliya) 1:0
Qol: Rios, 18-öz qapısına.

İnter (İtaliya) – Slaviya (Praqa, Çexiya) 3:0
Qollar: L.Martines, 30; 65. Dumfris, 34.

Olimpik (Marsel, Fransa) – Ayaks (Niderland) 4:0
Qollar: Payşao, 6; 12. Qrinvud, 26. Obameyanq, 52.

Pafos (Kipr) – Bayern (Almaniya) 1:5
Qollar: Orsiç, 45 – H.Keyn, 15; 34. R.Gerrero, 20. N.Cekson, 31. Olise, 69.