İspaniya La Liqasının prezidenti Xavyer Tebas, hakimikdən mütəmadi olaraq şəikayəçi olan “Rea”ın ünvana tənqidlə çıxış edib.
Arena.az “Marca” nəşrinin “The Objective” dərgisinə istinadı əsasında, Tebasın bu barədə qənaətini təqdim edir:
“Son həftələrdə hakimlərin iştirakı ilə çoxlu mübahisəli vəziyyətlər baş verib. Madrid “Real”ı və onun televiziyası bunun ətrafında mübahisəli söhbət açır və bütün futbolu şübhə altına qoyaraq, yanlış təsəvvür yaradırlar. Bütün klublar şikayət edirlər, amma Madriddə buna xüsuilə diqqət ayırırlar. Mən, həmişə ağlayan bir klub olan “Real”ın davranışı ilə razı olmayan çoxlu madridli tanıyıram. Onlar bu həftəsonu da ağlayacaqlar, bunu növbəti həftəsonu da edəcəklər və həmçinin bu işdə özlərinə qarşı fitnəni təqsirkar göstərəcəklər”, deyə Xavyer Tebas qeyzlə vurğulayıb.
Cari mövsümdə keçirdiyi 24 oyunda 51 xal toplamış “Real” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
La Liqaya 25 oyundan 54 xalla “Barselona” başçılıq edir.